0 %

Login

Lost your password?
Don't have an account? Sign Up

Boşanma prosesi

Boşanma prosesi nədir, necə olur kimi suallarınıza bu məqalədə cavab tapacaqsınız.

Boşanma nikah münasibətlərinin qanuni yolla sonlaması deməkdir. Bu proses sayəsində həm boşanan tərəflərin, həm də uşaqların hüquqları qanunla qorunur. Proses zamanı hər iki tərəfin ayrılıqda vəkilləri olur və bu vəkillər onları məhkəmədə təmsil edirlər. Uşaqların tərəflərdən hansında qalmasına, əmlak bölgüsünün necə olmasına, aliment kimi əsas vacib məsələlər məhkəmə yolu ilə tənzimlənir. 

 

Azərbaycan Respublikasında boşanma prosesi məhkəmələr tərəfindən icra olunur. Nikahın sonlandırılması nəticəsində aşağıdakı boşanma hüququ üzrə əsas məsələlərə məhkəmədə baxılır:

 

  • Əmlak bölgüsü
  • Qəyyumluq
  • Maddi və mənəvi təzminat
  • Aliment 

 

Boşanmanın növləri

 

Boşanma prosesi asan və çətin keçə bilər. Bu prosesin necə keçəcəyi tərəflərdən asılır. Qeyd edək ki, boşanmanın 2 növü vardır: razılaşdırılmış və mübahisəli.

 

Razılaşdırılmış boşanma prosesi çox uzun çəkmir. Müddəti qısadər və boşanma tez zamanda baş verir. Mübahisəli boşanma isə uzun müddət davam edir. Bu zaman hər iki tərəf öz xeyirlərinə sübutlar toplayaraq məhkəməyə dəlil olaraq təqdim edirlər. Bundan sonra məhkəmə ədalətli qərar çıxara bilir. 

 

Boşanmanın səbəbləri

 

Boşanmalar müxtəlif səbəblərdən ola bilir. Son bir neçə ildir statistik məlumatların təqdim olunmasından belə qənaətə gəlmək olar ki, cütlüklər arasında çox fərqli səbəblərdən ayrılıqlar olur. Ən çox göstərilən səbəblər isə bunlardır:

 

  • Xəyanət
  • Fiziki və psixoloji şiddət
  • Ailə-məişət problemləri
  • Pis vərdişlərdən asılılıq
  • Sevgisizlik

 

Boşanma prosesi – Əmlak bölgüsü

 

Boşanan tərəflər arasında əsas mübahisəli məsələlərdən biri əmlak bölgüsüdür deyə bilərik. Ölkəmizdə əmlak bölgüsü yalnız ər-arvad nikah dövründə bu əmlak(lar)ı birgə əldə edibsə, o zaman yarı-yarıya bölünməsinin qanunən mümkün olduğunu bildirir. Əks halda yalnız uşaq varsa, yaşamaq hüquq verilə bilir. 

 

Boşanma prosesi – Qəyyumluq

 

Azərbaycan Respiblikasının Qanunvericiliyinə əsasən əgər ananın pis vərdişi yoxdursa, əxlaqsız həyat tərzi keçirmirsə, bu halda övlad anada qalır. Aliment isə ata tərəfindən anaya ödənilir. Yalnız ana övlad(lar)ının atada qalmasına razılıq verərsə, bu halda aliment ataya ödənilir və uşaq atada qalır. Alimentdən imtina da mümkündür. Tərəflər bu barədə razılığa gələrək alimentdən imtina edə bilərlər. 

 

Boşanma prosesi – Boşanma ərizəsi

 

Boşanma prosesi bir neçə mərhələdən ibarətdir və bu mərhələlər ölkədən ölkəyə fərqlənə bilər. Azərbaycanda boşanma prosesi aşağıdakı kimi ümumiləşdirilə bilər:

 

  1. Boşanma Ərizəsinin Hazırlanması

– İddiaçının və cavabdehin şəxsi məlumatları (ad, soyad, ünvan və s.).

– Nikahın qeydiyyat tarixi və yeri.

– Boşanma səbəbləri və izahlar.

– Uşaqlar varsa, onların himayəsi və yaşayış şəraiti haqqında məlumat.

– Maddi və mənəvi təzminat tələbləri, aliment tələbləri və digər tələb və şikayətlər.

 

  1. Ərizənin Məhkəməyə Verilməsi

– Nikah şəhadətnaməsinin surəti.

– Şəxsiyyət vəsiqələrinin surətləri.

– Uşaqların doğum şəhadətnamələrinin surətləri (əgər varsa).

– Maddi və mənəvi sübutlar.

 

  1. Məhkəmə Prosesi

   – İlk məhkəmə iclasında tərəflərdən hər biri öz mövqeyini və tələblərini ifadə edir. Məhkəmə, ərizədə qeyd olunan səbəbləri və sübutları nəzərdən keçirir.Məhkəmə tərəflərə barışıq təklif edə bilər. Əgər tərəflər barışa bilmirsə, məhkəmə prosesi davam edir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları və şahid ifadələrini araşdırır. Əgər uşaqlar varsa, məhkəmə onların himayəsi və aliment məsələlərini həll edir. Bu mərhələdə uşaqların yaşayış şəraiti və gələcək təminatları nəzərə alınır.

 

  1. Məhkəmə Qərarı

– Nikahın ləğvi.

– Uşaqların himayəsi və alimentin miqdarı.

– Maddi və mənəvi təzminat tələbləri.

– Mülkiyyətin bölgüsü.

 

  1. Məhkəmə Qərarının Yerinə Yetirilməsi

 

Məhkəmə qərarı rəsmi olaraq çıxarıldıqdan sonra tərəflər bu qərara əməl etməlidir. Əgər tərəflərdən biri qərara əməl etməzsə, məhkəmə qərarının icrası üçün icra məmurları vasitəsilə tədbirlər görülə bilər.

 

  1. Boşanmanın Qeydiyyatı

 

Məhkəmə qərarı qüvvəyə mindikdən sonra boşanma faktı qeydiyyat orqanında qeydiyyata alınmalıdır. Bu, boşanmanın rəsmi olaraq təsdiqlənməsi üçün vacibdir.

https://smartlaw.az

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*
*