0 %

Login

Lost your password?
Don't have an account? Sign Up

Torpaq sahəsinin özəlləşdirilməsi

Torpaq sahəsinin özəlləşdirilməsi son illər daha çox gündəmə gəlmiş məsələlərdən biridir. Çünki özəlləşdirilmiş torpaq sahələri, investisiyaların cəlb edilməsi üçün əhəmiyyətli rol oynayır, həmin torpaq sahələrinin istifadəsini və gəlir əldə edilməsini asanlaşdırır. Özəlləşdirilmə mülkiyyət hüquqlarını rəsmi şəkildə təsdiq edir və torpaq sahəsinin qanuni mülkiyyətçisini müəyyən edir. Bu, mülkiyyətçilərə hüquqlarını müdafiə etməyə və mübahisələrdə qanuni mövqelərini təmin etməyə kömək edir. 

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə, torpaq sahələri üç növdə mülkiyyət sahibi ola bilərlər: 

  1. Dövlət mülkiyyəti, 
  2. Bələdiyyə mülkiyyəti 
  3. Xüsusi mülkiyyət. 

 

Azərbaycan Respublikasının “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 8-ci maddəsində ”Torpaq sahəsinin özəlləşdirilməsinin əsasları” qeyd olunur. Bu qanuna əsasən, torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatı üçün aşağıdakı əsaslar mövcuddur:

  1.  İcra Hakimiyyəti və Bələdiyyə Orqanlarının Qəbul Etdiyi Aktlar
  2. Bağ Sahələrinin 2007-ci İldən Əvvəlki Dokumentlər, yəni “Bağçılıq kitabçası”

 

  • Torpaq sahəsinin satışı, icarəsi, istifadəsi və s. üzrə qəbul olunmuş aktlar. Bələdiyyələr və İcra hakimiyyətləri tərəfindən verilə bilir. 
  • 2007-ci il mayın 22-dək bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara verilmiş icarə müqavilələri, sərəncamlar və orderlər vardır ki, onlar “Bağçılıq kitabçası” olaraq təqdim olunur. 

 

Torpaq Sahəsinin Özəlləşdirilməsi Üçün Tələb Edilən Sənədlər

 

Torpaq sahəsinin özəlləşdirilməsi üçün tələb olunan sənədləri aşağıdakı kimi sıralaya bilərik:

 

  1. İcra Hakimiyyətinin Qərarı
  2. Bələdiyyə Qərarı
  3. Hərrac Protokolu
  4. Torpaq Sahəsinin Planı və Ölçüsü
  5. Texniki Pasport, eksis
  6. Dövlət Rüsumunun Ödənilməsi

 

Xülasə, torpaq sahələrinin özəlləşdirilməsi üçün ilkin olaraq torpaq sahəsinin ayrılmasına dair İcra Hakimiyyətinin müvafiq qərarı olmalıdır. Yaşayış evinin inşa edilməsi məqsədilə ayrılmış torpaq sahəsi barədə bələdiyyənin qərarı və alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq hazırlanmalıdır. Alqı-satqı müqaviləsi 01.12.2007-ci ildən sonra bələdiyyələr tərəfindən satışa çıxarılan torpaq sahələrinə dair hərrac protokolu və nəticələrə uyğun olmalıdır. Bundan başqa torpaq sahəsinin dəqiq planı və ölçüsü. Nəzərə alınmalı olan digər məsələlərdən biri də, torpaq sahəsində mövcud olan bina və ya digər qurğuların olmasıdır ki, əgər sadalananlar mövcuddursa, onların texniki pasportları, plan-cizgiləri təqdim edilməlidir. So olaraq torpaq sahələrinin özəlləşdirilməsi üçün dövlət rüsumu ödənilməli və ödənildiyini təsdiq edən sənəd verilməlidir. 

 

Torpaq sahələrinin özəlləşdirilməsi üçün hara müraciət olunmalıdır?

 

Torpaq sahəsinin özəlləşdirilməsi üçün bütün tələb olunan sənədlər toplandıqdan sonra müraciət etmək lazım olan orqanlar:

  • Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin müvafiq ərazi idarəsinə və yaxud Əmlak Xidmətləri Məkanına müraciət etməlidir.

 

Torpaq sahəsinin özəlləşdirilməsi prosesi diqqət və dəqiq sənəd təqdim etməyi tələb edir. Sənədlərin tam şəkildə toplanması və müvafiq orqanlara təqdim edilməsi, prosesin vaxtında və düzgün həyata keçirilməsini təmin edəcəkdir. Özəlləşdirilmə prosedurları ilə bağlı əlavə sual və ya müraciətlər üçün bizim hüquq büromuzu seçə bilərsiniz. 

https://smartlaw.az

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*
*