0 %

Login

Lost your password?
Don't have an account? Sign Up

Mübahisələrin həlli və məhkəmə hüququ müxtəlif hüquqi məsələlərin həlli və məhkəmə proseslərinin idarə edilməsi ilə məşğul olan bir sahədir. Bu sahə, şəxslər və təşkilatlar arasında yaranan mübahisələrin səmərəli və ədalətli şəkildə həll edilməsini təmin edir. Mübahisələrin həlli prosesləri məhkəmə və məhkəmədən kənar həll yollarını əhatə edir. Mübahisələrin həlli və məhkəmələr hüququ, hüquqi mübahisələrin effektiv və ədalətli şəkildə həll edilməsini təmin edərək, hüquqi sistemin vacib bir komponentidir. Bu sahə, hüquqi mühitin sabitliyini və hüquq qaydalarının riayət olunmasını təmin edərək, şəxslər və təşkilatlar arasında sülh və nizamı qorumağa kömək edir.

Aşağıda bu sahənin əsas komponentləri verilmişdir:

 

  1. Məhkəmə Mübahisələrinin Həlli
  2. Məhkəmədən Kənar Mübahisələrin Həlli
  3. Alternativ Mübahisə Həlli
  4. Mübahisələrin Həllində Qanunvericilik və Tənzimləmə
  5. Mübahisələrin Həlli üzrə Hüquqi Yardım
  6. Elektron Mübahisə Həlli

 

  1. Məhməkə mübahisələrinin həlli məhkəmə prosesi zamanı baş verir. Belə ki, mübahisələrin həlli üçün iddia qaldırmaq, müdafiə etmək və məhkəmə qərarlarının icrası prosedurlarına başlanılır.İlkin olaraq instansiya məhkəmələrinə müraciət olunur, nəticə alınmadıqda isə apellyasiya məhkəmələrinə və ali məhkəmələrə üz tutulur. İddia qaldırılması, dəlil toplanması, məhkəmə iclasları, qərar qəbul edilməsi və apellyasiyaya müraciət məhkəmə prosesinin mərhələridir. Məhkəmə qərarlarının icrası üçün icra məmurlarına müraciət olunur ki, müvafiq icra prosedurlarına başlanılsın.

 

  1. Əgər məhkəmədən kənar mübahisələrin həlli mümkündürsə, bu zaman müstəqil arbitrlərin iştirakı ilə mübahisələrin həlli, arbitraj məhkəmələri və arbitraj qərarlarının icrasına başlanılır və tərəflər arasında arbitraj yolu ilə mübahisələrin həll edilməsinə dair müqavilələr imzalanır.

Tərəflər arasında vasitəçi (mediator) vasitəsilə mübahisələrin sülh yolu ilə həlli mümkündür. Bundan başqa tərəflərin birbaşa danışıqlar yolu ilə mübahisələrin həll edilməsi də məhkəmədən kənar mübahisələrin həllinə daxildir.

Alternativ mübahisə həlli mühakimə ilə vasitəçilik, mini-məhkəmələr, ekspertin qərarını misal göstərə bilərik.

Mübahisələrin həllində qanunvericilik əsasənda tənzimlənir. Mübahisələrin həlli üzrə hüquqi yardım almaq üçün bizə müraciət edə bilərsiniz. Mübahisələrin həlli proseslərində hüquqi yardım göstərən hüquqşünaslar və vəkillər sizə hüquqi məsləhətlər verəcək və strategiyaların hazırlanmasında sizə dəstək göstərəcəkdir. Eyni zamanda məhkəmə proseslərində siz təmsil və müdafiə edəcəkdir.