Boşanma ərizəsi
Boşanma erizəsi evli olan cütlüklərin ayrılmaq niyyətini məhkəməyə bildirmək üçün verdiyi rəsmi bir müraciətdir. Bu ərizə, hüquqi proseslərdə boşanmanın başlanması üçün tələb olunur. Ölkəmizdə uşaq sahibi olmayan ailələr Asan xidmət yolu ilə boşanma ərizəsi yazaraq məhkəməyə müraciət edə bilsələr də, azyaşlı övladı olan ailələr üçün bu prosedur keçərli deyil. Əgər ailənin azyaşlı övladı varsa, boşanmaq istəyən tərəf ilkin olaraq məhkəməyə müraciət etməli, dövlət rüsümünu ödəməli və ərizə yazmalıdır. 1 yaşına qədər körpəsi olan ailələrin boşanması isə yalnız uşaq 1 yaşını tamamladıqdan sonra mümkün olur.
Boşanma ərizəsi üçün nələr tələb olunur?
Boşanma ərizəsinin yazılmasında bəzi məlumatların olması vacibdir. Onları aşağıdakı şəkildə sadalaya bilərik:
- Hər iki tərəf haqqında məlumatların verilməsi. Ərizədə boşanmanı tələb edən şəxsin məlumatları detallı şəkildə qeyd olunmalıdır.
- Boşanmanın səbəbləri açıq və düzgün bir şəkildə bildirilməlidir.
- Əgər uşaqlar varsa, ərizədə onlar haqqında məlumat verilməlidir.
- Mal-mülk varsa, ərizədə onlar haqqında məlumatlar göstərilməlidir.
Boşanma ərizəsinin verilməsinin bəzi əsas tələbləri var:
- Hüquqi tələb
- Məhkəməyə bildirilməsi
- Hüquqi sənədlərin tərtib olunması
- Çəxsin və uşaqların hüquqi qorunması
Hüquqi tələb deyildikdə, boşanmaq istəyən şəxsin məhkəməyə ərizəli şəkildə müraciət etməsi nəzərdə tutulur. Məhkəməyə ərizəli bildiriş göndərildikdən sonra prosesin icrası üçün prosedurlar başladılır. Lazım olan hüquqi sənədlər toplanır, tərtib olunur. Həm şəxs, həm övladlarının qorunması maddi olaraq təmin olunur.
Boşanma erizəsi, hüquqi proseslərdə düzgün, qanuni və şərtlərin qorunmasına kömək edir və məhkəmənin tərəflər arasında ədalətli vəziyyəti təyin etməsinə imkan verir. Bu səbəblərlə, boşanma prosesində ərizənin rəsmi şəkildə təqdim edilməsi vacibdir.
Boşanma ərizəsi Azərbaycan dilində yazılarkən, aşağıdakı nümunədən istifadə edə bilərsiniz:
Boşanma ərizəsi necə yazılır?
Boşanma ərizəsi yazılması üçün rəsmi qaydalar vardır. Bu ərizənin yazılma şəkli aşağıdakı kimidir.
Müraciət edəcəyiniz məhkəmin adını və ünvanı, iddiaçının adı, soyadı, ünvanı, əlaqə nömrəsi, şəxsiyyət vəsiqəsinin nömrəsi, həyat yoldaşının adı və soyadı, ünvanı, əlaqə nömrəsi, şəxsiyyət vəsiqəsinin nömrəsi və boşanma səbəbi tələbi qeyd edilməlidir.
Smart Law-a müraciət edərək boşanma prosesinizin aparılması üçün vəkillərimizin xidmətindən istifadə edə bilərsiniz.