0 %

Login

Lost your password?
Don't have an account? Sign Up
huquq sirketleri

Hüquq şirkətləri

Hüquq şirkətləri sizcə nəyə görə gələcəyi görə bilirlər?! Çünki problemləri necə həll edəcəkləri ilə bağlı həll yollarını bilirlər. Bir şeylərin həll yollarını bilmək gələcəyi əlində tutmaq deməkdir. Ümumiyyətlə, bizim kimi şirkətlərin növləri çoxdur. Amma növündən əlavə, ilkin olaraq şirkətin yaradılması asan məsələ deyil.

Hüquq xidmətinin qiymətləri

Şifahi və yazılı hüquqi xidmətlər:
-Şifahi onlayn hüquqi məsləhət: 20-50 AZN
– İddia ərizələrinin yazılması: 30-200 AZN
– Ərizə və şikayətlərin yazılması: 20-30 AZN
– Apellyasiya şikayətlərinin yazılması: 100-500 AZN
– Kassasiya şikayətinin tərtibi və vəkilin məhkəmədə iştirakı: 300-1500 AZN
– Vəkil sorğularının tərtibi: 30-50 AZN
– Vəkil orderi əlavə olunmaqla sorğuların verilməsi: 100-300 AZN
– Müqavilələrin tərtibatı: 100-500 AZN
– Məhkəmədə vəkillə təmsil olunma razılaşma yolu ilə şirkət qeydiyyatı: 300-500 AZN
– Xarici hüquqi şəxsin filial və nümayəndəliyin qeydiyyatı: 500-1000 AZN
– Mediasiya Şurasına ərizə və digər sənədlərin, həmçinin cavabdehin ünvanına təklifin göndərilməsi: 50-100 AZN

Azərbaycanda hüquq şirkətlərinin fəaliyyəti

Azərbaycanda son illərdə hüquqi şəxslərin yaradılması sahəsində qanunvericilikdə inkişaf sahibkarlıq mühiti ilə bağlı biznesə başlamaq üçün əlverişli şərait yaratmışdır. Hüquq şirkətləri bu prosesdə mühüm rol oynayır. 2018-ci il Dünya Bankının Doing Business hesabatına görə, Azərbaycan biznesə start verilməsinə görə dünyada ilk 20 ölkə arasında yer almışdır. Bu uğurda hüquq şirkətlərinin məsləhət və dəstəklərinin rolu böyükdür. Şirkət yaradılmasında doğru hüquqi formasının və əmlakın idarə edilməsinin seçilməsi çox vaxt xərclərin azaldılmasında mühüm rol oynayır.

Hüquq şirkətlərinin xidmətləri

Hüquq şirkətləri peşəkar heyətə sahib olaraq müxtəlif ölçülü şirkətlərin yaradılmasından ləğvinə qədər bütün xidmətləri göstərir. Onlar təsis sənədlərinin, şirkət strukturlarının, daxili korporativ siyasətlərin və qaydaların hazırlanmasını təmin edirlər. Biznes sahiblərinə qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməkdə kömək edirlər.

Müştərilər hüquqi ünvan (virtual ünvan) xidməti, korporativ bank hesablarının açılması və Azərbaycanda hüquqi şəxs formalarının seçilməsi üzrə məsləhətlər almaq üçün hüquq şirkətlərinə müraciət edirlər. Biz də öz növbəmizdə müştərilərə tam hüquqi dəstək göstərərək qısa zamanda hüquqi şəxslərin yaradılması xidmətlərini təmin edirik. Hüquq şirkətləri hər zaman müştərilərinin yanındadır və Azərbaycan qanunvericiliyinə əsasən, əcnəbi şəxslərin hüquqi şəxs yaratmaları üçün lazımi sənədləri hazırlayır.

Smart Law hüquq şirkəti Azərbaycanda hüquqi şəxsin təsis edilməsi, bank hesabının açılması üçün zəruri olan bütün təsis sənədlərini təsisçi üçün hazırlayır və bu xidməti davamlı olaraq təmin edir.

https://smartlaw.az

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*
*