0 %

Login

Lost your password?
Don't have an account? Sign Up

Vəkil qiymətləri

Vəkil qiymətləri, hüquqi xidmətlər almaq istəyənlər üçün əhəmiyyətli bir məsələdir. Qeyd edək ki, bu qiymətlərmüxtəlif faktorlara əsasən dəyişə bilər. Müştərinin vəkil seçimi edərkən göstərilən xidmətkərin qiymətləri ilə yanaşı, həm də  vəkilin təcrübəsi, məsləhət stratejiyası və əlaqə tərzinə də diqqət edirlər. Hüquqi məsələlərinizi həll etmək üçün doğru vəkillə işləməkdən əmin olmağınız vacibdir. Vəkil qiymətləri ilə tanış olmaqla yanaşı, həm də digər faktorları da nəzərə almalısınız.

 

Vəkil Qiymətlərinin Hesablanması

 

Vəkil qiymətləri müxtəlif amillər nəzərə alınaraq hər bir xidmət üçün ayrıca məbləğlər təyin edilir. 

 

  1. Xidmət növündən asılı olaraq qiymətlər müəyyənləşdirilir. Məsələn, mülkiyyət təhlükəsizliyi, məhkəmə prosesləri, şirkətlər üçün maliyyə məsləhətləri kimi fərqli hüquqi xidmətlər, fərqli qiymətlərə təklif olunur.

 

  1. Vəkilin işində professionallıq səviyyəsi və eyni zamanda təcrübəsi də qiymətlərin təyin olunmasında əsas rol oynayır. Daha çox təcrübə sahib olan vəkillər daha yüksək qiymət təklif edə bilərlər. 
  2. Hüquqi xidmət almaq üçün vəkilin işlədiyi yer də önəmli bir rol oynayır. Məsələn, böyük şəhərlərdəki vəkillər göstərdikləri xidmətlər üçün daha yüksək qiymətlər təklif edə bilərlər.

 

Vəkil Qiymət Strukturları

 

Hüquqi xidmətlər üçün təklif olunan qiymətlərlə tanış olduqdan sonra sizə strukturlar barədə qısa məlumat verək:

 

  1. Vəkil xidmətləri saatlıq ola bilir. Bir çox vəkil, işləmə saatına əsaslanan və saat başına məbləğlər təklif edən bir qiymət strukturuna malikdir. Bu struktura görə, hüquqi məsələlərin həlli üçün işlənmiş saat sayına görə hesablanan qiymət təklif olunur ki, bu da bir çox müştəri üçün əlçatan hesab edilir. 

 

  1. Bəzi hüquq firmaları və vəkillər müqavilə əsasında qiymətləndirilir. Bu, belə bir qiymət strukturuna görə, müəyyən bir məsələ üçün bəlli bir məbləğdən başlanıb və ya tamamlanır.

 

  1. Bir çox hüquq şirkətləri və vəkillər müəyyən hüquqi xidmətlər üçün paket qiymətləndirmələr təklif edə bilirlər.

 

Vəkil qiymətləri ilə necə tanış olmaq olar?

 

Vəkil qiymətləri bir çox faktora əsasən müəyyənləşir və müştərinin tələblərinə və məsələnin kompleksliyinə görə dəyişə bilər. Vəkil qiymətləri ilə tanış olmaq üçün hüquq firmalarının rəsmi veb-saytlarına daxil olmaq və burada göstərilən xidmətlərin qiymətlərinə nəzər yetirmək kifayət edir. Qiymətlərlə tanış olmağın digər bir yolu hüquq şirkətinin və ya fərdi xidmət göstərən vəkillərin şəxsi (İnstagram, Linkedin, Facebook) hesablarına daxil olaraq əlaqə nömrəsini əldə edərək məlumat almaqdır. Bundan başqa hüquq şirkətinin ofisinə gedərək əyani şəkildə qiymətləri öyrənməyiniz mümkündür.

 

Bu yolları izləyərək, sizə lazım olan hüquqi xidmətləri üçün ən uyğun vəkilləri tapmaq və onların qiymətləri barədə məlumat əldə etmək mümkündür. 

 

Smart Law Hüquq Bürosunda təklif olunan vəkil qiymətlərini sizin üçün təqdi edirik:

 

Şifahi və yazılı hüquqi xidmətlər:

-Şifahi onlayn hüquqi məsləhət: 20-50 AZN

– İddia ərizələrinin yazılması: 30-200 AZN

– Ərizə və şikayətlərin yazılması: 20-30 AZN

– Apellyasiya şikayətlərinin yazılması: 100-500 AZN

– Kassasiya şikayətinin tərtibi və vəkilin məhkəmədə iştirakı: 300-1500 AZN

– Vəkil sorğularının tərtibi: 30-50 AZN

– Vəkil orderi əlavə olunmaqla sorğuların verilməsi: 100-300 AZN

– Müqavilələrin tərtibatı: 100-500 AZN

– Məhkəmədə vəkillə təmsil olunma razılaşma yolu ilə şirkət qeydiyyatı: 300-500 AZN

– Xarici hüquqi şəxsin filial və nümayəndəliyin qeydiyyatı: 500-1000 AZN

– Mediasiya Şurasına ərizə və digər sənədlərin, həmçinin cavabdehin ünvanına təklifin göndərilməsi: 50-100 AZN

https://smartlaw.az

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*
*